"Selta" baş məşqçi Klaudio Xiraldesin müqavilə müddətinin uzadıldığını açıqlayıb.


Rekord.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.


38 yaşlı ispaniyalı mütəxəssisin yeni müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub. 


Xiraldes 2024-cü ildən "Selta"ı çalışdırır.  Komanda La Liqada 29 turdan sonra 41 xalla turnir cədvəlində altıncı yerdə qərarlaşıb.