Səudiyyə Ərəbistanı milli komandasının bütün oyunçuları DÇ-2022-nin 1-ci turunda Argentinaya qalib gəldiklərinə (2:1) görə hədiyyə alacaqlar.

Rekord.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Yığmanın futbolçularına "Rolls-Roys" avtomobili hədiyyə ediləcək

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hazırda C qrupunda 3 xalla liderdir. Meksika və Polşanın hərəyə bir xalı var, Argentinanın hələ xalı yoxdur. Argentina 0 xalla sonuncudur.