İki klub təklif göndərib, "yox" deyib
- 11:00
- 55
İki bölgə klubu Ağadadaş Salyanskini heyətinə qatmaq istəyir.
Rekord.az-a daxil olan məlumata görə, "Şamaxı" və "Kəpəz" "Neftçi"də əsas heyətə düşməyən hücumçu nu icarəyə götürmək istəyir.
"Neftçi" rəhbərliyi də bu təklifə pis baxmır. Onsuz da Vernidub çempionluq uğurunda mübarizə aparacaq heyət qurur və Ağadadaşın bu heyətdə əsas futbolçu kimi yer alması real görünmür. Lakin məsələ budur ki, futbolçu özü bu təkliflərə isti baxmır. Ehtiyatda qalmağa, hətta əvəzedici komandada oynammağa razıdı, amma "Neftçi"də qalsın, hazırkı maaşını alsın. Bakıda oynamaq daha rahatdı, evin içidi, Gəncədə, Şamaxıda yaşayıb, orda oynamaqdan daha rahatdı.