Gədəbəydə taekvondo üzrə rayon birinciliyi keçirilib
- 11:22
- 29
Gədəbəy İdman Klubunda Gədəbəy rayonu üzrə gənclər və idman sektoru, Gədəbəy İdman Klubu İctimai Birliyi, Azərbaycan Taekvondo Federasiyası, Gədəbəy rayon Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı və “Azerbaijan International Mining Company Limited” şirkətinin dəstəyi ilə uşaq, yeniyetmə və gənclər arasında taekvondo üzrə rayon birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışın açılış mərasimində Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, Gədəbəy rayon UGİŞM-in direktoru Beyrək Bağırov və digər qonaqlar çıxış edərək yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar. Yarışda Gədəbəy, Gəncə və Göygöldən olan ümumilikdə 48 idmançı müxtəlif çəki dərəcələri üzrə mübarizə aparıblar. Qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplom, medal və “Azerbaijan International Mining Company Limited” şirkətinin hədiyyələri ilə mükafatlandırılıb.