"Zirə"yə keçir?
- 13:00
- 52
Rikardo Fernandes "Şamaxı"dan ayrıla bilər.
Rekord.az-a daxil olan məlumata görə, portuqaliyalı qapıçının klubla 1 illik müqvailsəi olsa da, maaşı yüksəkdi.
Bu mənada klub onu satmağa isti baxır. Əldə etdiyimiz məlumata görə, ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Zirə" Rikardonun xidmətində maraqlıdır. Lakin bunun üçün "Şamaxı"ya transfer haqqı ödəmək lazımdı. Söhbət təxminən 150 min manatlıq məbləğdən gedir. "Zirə" isə maksimum 100 min vermək istəyir. Əgər tərəflər danışıqlara başlasa, ilk növbədə məbləğ məsələsində razılığa gəlməlidirlər.