"Neftçi"yə keçidi baş tutmaya bilər: ailəsi razı deyil
- 15:00
- 66
Yunanıstanın "Atromitos" klubunun 27 yaşlı Surinamlı hücumameylli yarımmüdafiəçisi Denzel Jubitananın "Neftçi"yə keçidi baş tutmaya bilər.
Rekord.az-a daxil olan məlumata görə, azad agent statusu daşıyan futbolçunun özü ölkəmizə gəlməyin əlehinə olmasa da, ailəsi buna isti yanaşır.
Onlar Jubitananın karyerasını Avropada davam etdirməsini istəyir.