“Arsenal” onun transfer hüquqlarını aldı
- 17:00
- 33
Londonun "Arsenal" klubu "Bayer"in müdafiəçisi Pyero İnkapieni transfer edib.
Rekord.az xəbər verir ki, bu barədə "topçular"ın mətbuat xidməti məlumat yayıb.
London klubu 24 yaşlı futbolçunun icarə müqaviləsindəki satınalma bəndini aktivləşdirib. "Transfermarkt" portalının məlumatına əsasən, bu keçid 52 milyon avroya başa gəlib. İcarə müddəti başa çatdıqdan sonra, yəni 2026-cı il iyulun 1-dən etibarən İnkapie daimi əsasda komandanın oyunçusu olacaq.
Xatırladaq ki, futbolçu 2025-ci ilin sentyabrında "Bayer"dən icarəyə götürülüb. Ötən mövsüm İnkapie "Arsenal"ın heyətində 39 matça çıxaraq 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.