“Neftçi”dən növbəti transfer
- 26 İyn 2026 23:07
- 38
“Neftçi” yeni hücumçu transferini reallaşdırıb.
Rekord.az xəbər verir ki, slovakiyalı Lyubomir Tupta komandanın yeni üzvüdür.
28 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 29 nömrəli formanı geyinəcək.
Hər iki cinahda vinger kimi də oynaya bilən Lyubomir sonuncu klubu AEL-də 2025/26 mövsümündə Yunanıstan çempionatında 35 matçda 8 qol, 3 assist müəllifi olub. İtaliya, Polşa, İsveçrə və Çexiya liqalarında da çıxış etmiş Tupta 2023-cü ildə debüt etdiyi Slovakiya milli komandasının heyətində 21 oyun keçirib.