"Qarabağ" Elvini Avstriyaya niyə aparıb?
- 12:00
- 55
Xeyli müddətdir əsas heyətdən kənaralşdırılan Elvin Cəfərquluyevin "Qarabağ"la birlikdə Avstriya toplanışına aparılması birmənalə qarşılanmadı.
Rekord.az xəbər verir ki, çoxları bunu Qurban Qurbanovun Elvini bağışlaması kimi dəyərləndirdi.
Lakin əldə etdiyimiz məlumata görə, məsələ heç də bağışlamaqla bağlı deyil. İş ondadır ki, futbolçunun Ağdam klubu ilə müqaviləsi var. Bu mənada "Qarabağ" onun satışından pul qazanmaq istəyir. Yaxşı satış üçün futbolçunun yaxşı da formada olması lazımdı. Biri var Bakıda qalıb fərdi məşq edəsən, biri də var, Avstriyada komanda ilə yüksək səviyyədə toplanış keçib yaxşı formada olasan. "Qarabağ" da Elvini həm də bunun üçün Avstriyaya aparıb ki, yaxşı formada olsun və onu yaxşı qiymətə satmaq olsun.