İmişlidə sərbəst güləş üzrə rayon turniri
- 12:22
- 26
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektorunun və İmişli Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə İmişli Olimpiya İdman Kompleksində "26 İyun – Silahlı Qüvvələr Günü"nə həsr olunmuş yeniyetmə və gənclər arasında sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnirdə hər yaş və çəki dərəcəsində I, II və III yerlərin qalibləri Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar