Misli Premyer Liqasında 12-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.

“Araz-Naxçıvan” Sumqayıtda “Turan Tovuz”la üz-üzə gəlib. Bu görüşdə qalib müəyyənləşməyib. Günün digər oyunu “Zirə” ilə “Qəbələ” arasında keçirilib. Qəsəbə təmsilçisi doğma meydanda qələbə qazanıb.

Xatırladaq ki, daha öncə “Karvan-Yevlax” “Kəpəz”ə (1:2), “Sumqayıt” “Qarabağ”a (2:4) uduzub. “Sabah” – “Şamaxı” və “Neftçi” – “İmişli” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası
12-ci tur

22 noyabr

“Araz-Naxçıvan” – “Turan Tovuz” 1:1
Qollar: Ba-Muaka Simakala, 21 - Ayxan Hüseynov, 78.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, İslam Məmmədov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 16. Ramon Maçado, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 33. Elmir Cəfərov, 77. Bruno Franko, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.
Turan Tovuz
: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 30. Mircamal Əlizadə.
Baş məşqçi: Kurban Berdiyev.

“Zirə” – “Qəbələ” 1:0
Qol: Ruan Renato, 45+3.
Hakimlər: Elvin Bayramov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu, 17:30.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 26. Stefan Akka, 4. Ruan Renato, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 93. Brahim Konate, 11. Junior Martins, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 25. Enrike Kustodio, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Loua, 6. Xayme Syerra, 16. İsaak Amoah, 14. Domi Massumo.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 66. Nuğay Rəşidov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 70. Paulo Quimbila, 30. Prins Ovusu.
Baş məşqçi: Kaxaber Sxadadze.