Zamiqin komandası 3 xalı 5 qolla qazandı
- 13:00
- 24
Futbol üzrə Albaniya çempionatında 12-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" öz meydanında “Bilis”i 5:1 hesabı ilə məğlub edib.
Əliyev meydana 63-cü dəqiqədə, hesab 4:0 olarkən daxil olub.
Bu nəticədən sonra "Eqnatiya" 22 xalla çempionatda 3-cü pillədə qərarlaşıb.