Albaniya çempionatında 31-ci turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə “Tirana” ilə qarşılaşıb.


Matç həmyerlimizin komandasının məğlubiyyəti ilə başa çatıb - 1:3. 


Əliyev də bu matçın iştirakçısı olub. Meydana start heyətində çıxan həmyerlimiz 90+6-cı dəqiqədə sarı vərəqə də alıb.


“Eqnatiya” hazırda 54 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb.