AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 23-cü turu ilə bağlı aşağıdakı qərar qəbul edilib:


“Zirə-2” – “Şamaxı-2” oyununun 74-cü dəqiqəsində “Şamaxı-2” komandasının 64 nömrəli futbolçusu Ramiz Zamanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Şamaxı-2” komandası 50 manat cərimə edilib.


“Qarabağ-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilib.