“Yuventus”dan “Beşiktaş”a
- 15:30
- 18
“Yuventus”un yarımmüdafiəçisi Fabio Miretti karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Rekord.az xəbər verir ki, italiyalı futbolçu “Beşiktaş”a keçib.
Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər mövsümün sonuna – 2027-ci ilin iyununa qədər olan icarə müqaviləsi imzalayıblar.
“Beşiktaş” bu icarəyə görə “Yuventus”a 2 milyon avro ödəyəcək. Müqavilədə Mirettinin 13 milyon avroya satın alınması ilə bağlı şərt də yer alıb.
Miretti “Yuventus”un yetirməsidir. 21 yaşlı yarımmüdafiəçi Turin klubunun əsas komandasında 86 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə verib.