"Sabah" FIBA Çempionlar Liqasında "Trabzonspor"a uduzdu
- 22:09
- 34
"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, müntəzəm mövsümün 2-ci turunda Türkiyənin "Trabzonspor" klubunun qonağı olan Azərbaycan təmsilçisi 83:100 hesabı ilə uduzub.
Xatırladaq ki, A qrupunda "Trabzonspor" 4 xalla liderdir. "Nanter 92" (Fransa) 3 xalla ikinci, eyni xala malik "Ritas" (Litva) üçüncüdür. 2 xalı olan "Sabah" isə sonuncu - dördüncü yerdə qərarlaşıb. Azərbaycan çempionu 1-ci turda səfərdə "Ritas"a uduzub - 73:82.