"Neftçi" FIBA Avropa Kubokunda Latviya klubuna uduzdu
- 22:30
- 37
"Neftçi" basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti matçına çıxıb.
Rekord.az xəbər verir ki, H qrupunda yer alan Bakı təmsilçisi II turda Latviyanın VEF kollektivinə uduzub - 94:110.
Qarşılaşma "Sərhədçi" İdman Mərkəzində keçirilib.
"Neftçi" ilk görüşdə Yunanıstan təmsilçisi "Mikonos"a məğlub olub - 58:78.