Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın 11-ci turu çərçivəsində iki görüş keçirilib. 

AVF-nin idman zalında ilk olaraq "Gənclər" və "Turan" klubları üz-üzə gəliblər. Qarşılaşma gözlənildiyi kimi çempionatın lideri "Turan"ın asan qələbəsi ilə yekunlaşıb.

Günün növbəti oyunu "DH Volley" və "AZERRAIL" komandaları arasında olub. Bu matçda "DH Volley"in 3:0 hesablı qələbəsi qeydə alınıb.


Yüksək Liqa

29 yanvar 

XI tur

   “Gənclər” - “Turan” 0:3 (20:25, 11:25, 17:25)

   "DH Volley" - "AZERRAIL" 3:0 (25:13, 27:25, 25:15)