Qadın və kişi voleybolçuların Yüksək Liqasında mükafatlar uğrunda oyunların keçiriləcəyi tarixlər bəlli olub. "Rekord.az" xəbər verir ki, ölkə çempionatlarında üçüncü yer və çempionluq uğrunda qarşılaşmalar 18-19 aprel tarixlərində GİN-nin Voleybol Mərkəzində keçiriləcək.
Aprelin 18-də kişilərin Yüksək Liqasında üçüncü yer uğrunda “Neftçi” və “Murov Az Terminal” klubları, finalda isə “Xilasedici” və “ORDU” komandaları üz-üzə gələcəklər.
Qadın voleybolçular mükafatlar üçün aprelin 19-da meydana çıxacaqlar. Xanımların mübarizəsində üçüncü yer uğrunda “Milli Aviasiya Akademiyası” ilə “Gəncə”, finalda isə “Turan” və “DH Volley” komandaları qarşılaşacaqlar.
Hər iki final oyunundan dərhal sonra qaliblərin mükafatlandırma mərasimi baş tutacaq.

Yüksək Liqa (kişilər)
18 aprel
Üçüncü yer uğrunda oyun

   13:00 “Neftçi” - “Murov Az Terminal”
Final
   16:00 “Xilasedici” - “ORDU”

Yüksək Liqa (qadınlar)
19 aprel
Üçüncü yer uğrunda oyun

   13:00 “Milli Aviasiya Akademiyası” - “Gəncə”
Final
   16:00 “Turan” - “DH Volley”