Azərbaycanın minifutbol millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatı üçün heyəti bəlli olub.

Rekord.az xəbər verir ki, heyətdə bu futbolçular yer alıblar:

Qapıçılar: Vəli Qafarov (“Birbaşa Bakı”), Davud Kərimi (“Zirə”);

Müdafiəçilər: Müseyib Vəliyev, Cəfər Cəfərov (hər ikisi “Birbaşa Bakı”), Tural Məmmədrzayev (“Odlar Yurdu”), Taleh Babayev (“Zirə”);

Yarımmüdafiəçilər: Elvin Əlizadə, Mirmehdi Rzayev, Vüsal İsayev, Təmkin Xəlilzadə (hamısı “Birbaşa Bakı”), Kamran Qürbətov (“Aznur”), Ramiz Çovdarov, Mikayıl Əliyev (hər ikisi “Zirə”);

Hücumçular: Eşqin Tağıyev (“Birbaşa Bakı”), Bəxtiyar Soltanov (“Odlar Yurdu”), Seymur Məmmədov, Rəvan Kərimov, Samir Həmzəyev (hamısı “Zirə”).

Millimiz iyunun 1-dən 8-ə kimi keçiriləcək Avropa çempionatının F qrupunda Fransa, İtaliya və Belçika ilə qarşılaşacaq.