Xızıda şahmat üzrə rayon birinciliyi keçirilib
- 18:22
- 27
Xızı Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, YAP Xızı rayon təşkilatı və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 05 may 2026-cı il tarixində Xızı şəhər UGİŞM-nin şahmat binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat üzrə yeniyetmə oğlanlar və qızlar arasında Xızı rayon birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, tədbirin məqsədi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etmək, yeniyetmələr arasında şahmat idman növünü təşviq etmək, onların intellektual inkişafını dəstəkləmək və rayon üzrə istedadlı şahmatçıları üzə çıxarmaqdır.
Qalıb və mükafatçılar diplom, medal və hədiyyələrlə təltif olunub.