Xankəndidə Vüqar Həşimov Memorialına start verilir
- 14:15
- 26
Xankəndi şəhərində bu gün XI Vüqar Həşimov Memorialına start veriləcək.
Rekord.az xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə 6 şahmatçı rapid və blits üzrə mübarizə aparacaq.
Zəka sahiblərindən Yan Nepomnyaşi (FİDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı 2 dövrədə qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, Memorial dekabrın 11-də başa çatacaq.