"Xankəndi" I Liqaya çıxsa...
- 09 Yan 2026 13:00
- 142
II Liqanın ikinci dövrəsinə hazırlıqlarını davam etdirən “Xankəndi” Futbol Klubunun qış mövsümü üçün planları müəyyənləşib.
Rekord.az xəbər verir ki, komanda 15 yanvar tarixində bir araya gələcək və “Neftçi Baza”da 10 günlük təlim-məşq toplanışı keçəcək.
Toplanış çərçivəsində 4 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
Hazırlıq prosesi həm fiziki, həm də taktiki baxımdan komandanın ikinci dövrəyə optimal şəkildə hazırlaşmasını hədəfləyir. Bu arada, komandanın hədəfi də dəyişməyib: I Liqaya vəsiqə. Əldə etdiyimiz məlumata görə, "Xankəndi" mövsümün sonunda I Liqaya vəsiqə qazansa, rəhbərlik ən azı 3 legioner transferini həyata keçirməyi planlaşdırır. Artıq bunun üçün bəzi menecerlərlə indidən danışıqlara da başlanılıb.