Balabəy Ağayev də qızıl medal qazandı
- 20:00
- 30
Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.
Rekord.az xəbər verir ki, finalda Tacikistanı təmsil edən Loiq Kudbudinovla qarşılaşan idmançı rəqibinə qabil gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qeyd edək ki, daha əvvəl qadın cüdoçularımızdan Könül Əliyeva (48 kq) qızıl medal qazanıb.