Vüsal oynadı, komandası qalib gəldi
- 00:49
- 26
Kosova Super Liqasında 3-cü turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi "Malişeva" səfərdə "Feronikeli" komandasının qonağı olub.
Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
İsgəndərli matça start heyətində başlayıb. Bu nəticədən sonra "Malişeva" 7 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.