Xankəndidə keçirilən 11-ci Vüqar Həşimov Memorialının qalibi müəyyənləşib.


Rekord.az xəbər verir ki, yekun nəticələrə əsasən Yan Nepomnyaşi (FIDE) 13 xalla birinci yeri tutub.


Vladimir Fedoseyev (Sloveniya) ikinci, təmsilçimiz Rauf Məmmədov üçüncü olub.


Son yarış gününün ardından bağlanış mərasimi keçirilib. Qalibə kuboku gənclər və idman naziri Fərid Qayıbov təqdim edib. Digər mükafatlar isə Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov tərəfindən sahiblərinə verilib.


Memorialda ümumilikdə 6 şahmatçı rapid və blits üzrə mübarizə aparıb.


Zəka sahiblərindən Yan Nepomnyaşi (FİDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı 2 dövrədə qüvvələrini sınayıblar.