Vernidubun “Neftçi” ilə müqaviləsində Rusiya ilə bağlı xüsusi maddə
- 03 Yan 2026 16:40
- 69
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub müqaviləsinə Rusiya ilə əlaqələri əhatə edən xüsusi maddə əlavə etdirib.
Rekord.az xəbər verir ki, ukraynalı mütəxəssis “Neftçi”nin Rusiya komandaları ilə yoldaşlıq oyunları keçirməməsini və həmin ölkənin klubları ilə heç bir transfer münasibətinə girməməli olduğunu tələb edib.
Daha əvvəl Ukrayna hakimiyyətinin Vernidubu ölkədən buraxmadığı barədə xəbərlər yayılmışdı. Ancaq “Neftçi” rəhbərliyi məsələni həll edə bilib və baş məşqçi artıq komandada işinin icrasına başlayıb.
“Neftçi” 2023-cü ildə Moskvada yerli “Spartak”la yoldaşlıq görüşü keçirmişdi. Həmin vaxt “qırmızı-ağlar” 2:0 hesablı qələbə qazanmışdılar.
Artıq bir neçə ildir ki, Rusiya Ukraynaya hücumlarını davam etdirir və bu ölkənin ərazilərini işğal edib.