UEFA Rusiya klublarının kənarlaşdırılma müddətini uzatdı
- 17:00
- 31
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya klublarının qitəmiqyaslı turnirlərdən kənarlaşdırılması barədə qərarın müddətini 2027-ci ilin yayına qədər uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə məlumat təşkilatın saytında yerləşdirilib.
UEFA İcraiyyə Komitəsi növbəti mövsüm üçün avrokubok iştirakçılarının siyahısına dəyişikliklər edib. Bu, Rusiya klublarının və yığmalarının UEFA-nın himayəsi altında keçirilən yarışlarda iştirakdan kənarlaşdırılmasının davam etməsi ilə əlaqədar olub.
Başa çatmış mövsümün yekunlarına əsasən, Rusiya ittifaqın əmsallar cədvəlində 28-ci yeri tutub. Reqlamentə görə, bu ona avrokuboklarda iştirak etmək üçün dörd klubu göndərmək hüququ verə bilərdi.
Ukraynadakı müharibəyə görə Rusiya 2022-ci ilin fevralından Beynəlxalq Futbol Federasiyası (FİFA) və UEFA-nın sanksiyaları altındadır.