UEFA-nın B kateqoriyalı məşqçi kursunun 3-cü mərhələsi başlayıb
- 16:15
- 33
AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursunun 3-cü mərhələsinə start verilib.
Rekord.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, məşğələlər aprelin 16-dək davam edəcək.
Məşqçi kursuna AFFA-nın Təhsil Şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər.