"Sabah"ın U-19 komandası beşinci oyununu keçirəcək
- 11:21
- 25
"Sabah" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununa bu gün çıxacaq.
Rekord.az xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv Bakıda İspaniya təmsilçisi "Barselona"nın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
5-ci turun qarşılaşması "Bank Respublika Arena"da, saat 15:00-da start götürəcək.
Xatırladaq ki, əvvəlki dörd matçın hamısında məğlub olan U-19 sonuncu-36-cı pillədə qərarlaşıb. "Barselona" 5 xalla 22-ci yerdədir.