“Araz-Naxçıvan” üçün seminar
- 14:40
- 25
AFFA-nın Hakimlər Komitəsinin üzvü, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev və komitənin təhsil məsələləri üzrə eksperti, sabiq FIFA referisi Orxan Məmmədovun iştirakı ilə “Araz-Naxçıvan”ın əsas komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.
Seminar zamanı komitə əməkdaşları tərəfindən hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib, oyunlar zamanı verilmiş səhv qərarları əks etdirən videoçarx nümayiş etdirilib.
Yekunda isə futbolçu və məşqçi heyətini maraqlandıran suallar cavablandırılıb.