Premyer Liqanın 13-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Sumqayıt” oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq.


Rekord.az xəbər verir ki, bu barədə “atlılar”ın mətbuat xidməti məlumat yayıb.


Qiymətlər 3 və 15 manatdır.


Noyabrın 29-da keçiriləcək matça saat 17:00-da start veriləcək.


“Qarabağ” 12 turdan sonra 20 xalla 4-cü sırada qərarlaşıb. Aktivində 10 xalı olan “Sumqayıt” isə 10-cudur.