Voleybolçu kişilərdən ibarət "Xilasedici" klubu noyabrın 26-da Çempionlar Liqasında növbəti oyununu keçiriəcək. "Rekord.az" xəbər verir ki, təmsilçimiz 3-cü təsnifat mərhələsində cavab görüşünə çıxacaq.
"Xilasedici"nin bu mərhələdəki rəqibi Sloveniyanın "ACH Volley LJUBLJANA" klubudur. Sloveniyada baş tutacaq cavab qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. 
Cütün Bakıda keçirilən ilk görüşündəməğlub olan komandamız qrup mərhələsinə yüksəlmək üçün sabah mütləq qələbə qazanmalıdır.


26 noyabr
CEV Çempionlar Liqası (kişilər)
3-cü təsnifat mərhələsi, cavab oyunu

   23:00. “ACH Volley LJUBLJANA” - “Xilasedici”