Türkiyə superkubokunun qalibi bu gün müəyyənləşəcək
- 10 Yan 2026 12:00
- 48
Bu gün Türkiyə superkubokunun qalibi müəyyənlşəcək.
Rekord.az xəbər verir ki, həlledici qarşılaşmada "Qalatasaray" "Fənərbağça" ilə üz üzə gələcək.
Komandalar Superkubokda 5-ci, ümumilikdə isə 405-ci dəfə bir-birinə rəqib olacaq. Geridə qalan 404 maçdan 149-da "Fənərbağça", 130-da isə "Qalatasaray" qələbəyə sevinib. 125 qarşılşama heç-heçə nəticələnib. Tərəflər arasında baş tutan derbilərdə "Fənərbağça" 544, "Qalatasaray" isə 505 dəfə rəqib qapısına yol tapıb.
İstanbul derbisi Atatürk Olimpiya Stadionunda, Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.