Türkiyənin "Sivasspor" klubu transfer qadağası ilə üzləşib.


Rekord.az xəbər verir ki, bu barədə FIFA qərar qəbul edib.


1-ci Liqada çıxış edən bölgə təmsilçisi qarşıdakı üç transfer dönəmində heyətinə yeni oyunçu qata bilməyəcək.


"Sivasspor"da Azərbaycan millisinin formasını geyinmiş Mert Çelik də çıxış edir. Komanda 1-ci Liqada 14 xalla 11-ci pillədə qərarlaşıb.