“Turan Tovuz" Türkiyədə ilk məşqinə çıxdı
- 05 Yan 2026 21:00
- 68
"Turan Tovuz" Türkiyədə keçirdiyi təlim-məşq toplanışında ilk məşqinə çıxıb.
Rekord.az xəbər verir ki, komanda hazırlıqlar üçün Antalyanın Belek bölgəsində məskunlaşıb.
Tovuz təmsilçisi yanvarın 18-dək məşqlərini burada davam etdirəcək.
Kurban Berdıyevin komandası toplanış çərçivəsində 2 yoxlama görüşündə gücünü sınayacaq.