Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının matçına təyinat alıb.


Rekord.az xəbər verir ki, 31 yaşlı hakim Xorvatiyada yerli "Dinamo" (Zaqreb) və Portuqaliyanın "Benfika" komandaları arasında keçiriləcək 3-cü təsnifat mərhələsinin ilk oyununu idarə edəcək.


Ona Namik Hüseynov və Rahman İmami köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını xorvatiyalı Filip Draqaşeviç yerinə yetirəcək.


Xatırladaq ki, "Dinamo" və "Benfika" klublarının U-19 komandalarının oyunu noyabrın 25-də, Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.