Bakıda "Sabah" və İspaniyanın "Barselona" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyununun hakimləri müəyyənləşib.


Rekord.az xəbər verir ki, Liqa mərhələsinin 5-ci turunun qarşılaşması Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.


Görüşü FIFA referisi Nikolas Uolş idarə edəcək. Ona həmyerliləri Frensis Konnor və Daniel Makfarleyn köməklik göstərəcək.


Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək.