Tovuzda da arletika yarışı keçirilib
- 06:00
- 385
Tovuz Olimpiya İdman Kompleksində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 2011-2012-ci il təvəllüdlü yeniyetmə oğlanlar arasında atletika üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Yarışda 138 idmançı iştirak edib. Qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.