Tovuzda 64 xanalı dama üzrə rayon turniri keçirilib
- 11:22
- 28
Tovuz rayon uşaq - gənclər idman - şahmat məktəbində 20 yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş 2012-2013-cü il təvəllüdlü oğlan və qızlar arasında 64 xanalı dama üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra 20 Yanvar faciəsi ilə əlaqədar xalqımızın müstəqillik uğrunda apardığı mübarizəsi barədə Tovuz rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif Abdullayev iştirakçılara məlumat verib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda qalib gələn idmançılar Qazax - Tovuz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar. Yarışda 36 nəfər iştirak edib.