Türkiyə 1-ci liqasında dördüncü turun oyunları keçirilir. 

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Toral Bayramovun da formasını geyindiyi “Bursaspor" səfərdə "Kayserispor"un qonağı olub.

Görüş Toralın komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Toral bu görüşün sonunadək ehtiyatda qalıb.

"Bursaspor" bu nəticədən sonra 9 xalla 2-ci pillədə qərarlaşıb.