İspaniyanın "Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen zədə səbəbindən komandasının Səudiyyə Ərəbistanındakı təlim-məşq toplanışını tərk edib.


Rekord.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı qolkiper tibbi müayinədən keçmək üçün heyətdən kənarlaşdırılıb.


Qeyd edək ki, daha əvvəl 33 yaşlı Ter Ştegenin qış "transfer pəncərəsi"ndə klubdan ayrıla biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.


"Barselona" hazırda Səudiyyə Ərəbistanında keçirilən İspaniya Superkubokunda iştirak edir. Kataloniya təmsilçisi bu gün yarımfinalda "Atletik"lə (Bilbao) ilə üz-üzə gələcək.