Super Liqa klubunda yeni baş məşqçi
- 02 Yan 2026 22:30
- 31
“Antalyaspor” mövsüm ərzində üçüncü dəfə baş məşqçi dəyişikliyi edib.
Rekord.az xəbər verir ki, mövsümə Emre Belözoğlu ilə başlayan, daha sonra Erol Bulutu komandanın sükanı arxasına gətirən Antalya təmsilçisi bu dəfə Sami Uğurlu ilə anlaşıb.
Aralıq dənizi klubu daha əvvəl “Kasımpaşa” və “Alanyaspor”u çalışdırmış mütəxəssislə 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Antalya təmsilçisi 17 turdan sonra Super Liqanın turnir cədvəlində 15 xalla 15-cidir.