Super Liqa klubu baş məşqçisi ilə vidalaşdı
- 04 Yan 2026 20:30
- 43
"Eyüpspor" baş məşqçisi Orhan Akla yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər arasında keçirilən görüşdən sonra müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub rəsmi açıqlamasında 46 yaşlı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında ona uğurlar arzulayıb.
Selçuk Şahinin istefasından sonra komandanı çalışdırmağa başlayan Orhan Ak bu vəzifədə cəmi 11 oyun keçirib. İstanbul təmsilçisi bu matçlarda 3 qələbə qazanıb, 2 heç-heçə edib və 6 dəfə məğlubiyyətə uğrayıb.