“Sumqayıt”ın futbolçusu üçün əlamətdar oyun
- 10 Dek 2023 17:51
- 225
Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən “Sumqayıt” – “Qarabağ” matçında meydan sahiblərinin futbolçusu Sənan Muradlı Premyer Liqada debüt oyununu keçirib.
Rekord.az xəbər verir ki, “Sumqayıt” Futbol Akademiyasının yetirməsi olan Muradlı oyunun 86-cı dəqiqəsində Kamran Əliyevin əvəzinə meydana daxil olub.
2006-cı il təvəllüdlü yarımmüdafiəçinin Premyer Liqada debütü 17 yaş 338 günlüyündə gerçəkləşib.
Muradlı əsas komandanın heyətində ilk oyununu Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində baş tutmuş “Lerik” – “Sumqayıt” qarşılaşmasında keçirib. Həmin matçda 90 dəqiqə meydanda olan gənc yarımmüdafiəçi 1 qol vurmağa da müvəffəq olub.