Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 07 oktyabr 2026-cı il tarixində Sumqayıt şəhər, 30 nömrəli tam orta məktəbdə “İdman hamı üçün” layihəsi çərçivəsində “Şən estafetlər” adlı əyləncəli idman oyunları keçirilib.

Rekord.az xəbər verir ki, məqsəd uşaqlar və yeniyetmələr arasında idmana marağın artırılması, fiziki fəallığın təşviqi və asudə vaxtın səmərəli təşkilidir.