Elcan Hacıyev mübarizəni 1/8 finalda dayandırdı
- 13:20
- 37
Azərbaycan cüdoçusu Elcan Hacıyev Bakıda keçirilən dünya çempionatına 1/32 finaldan başlayıb.
Rekord.az xəbər verir ki, milli üzvü 1/32 finalda ABŞ cüdoçusu Aleksander Knaufu məğlub edib.
E.Hacıyev 1/16 finalda kanadalı Kiqan Yanqla üz-üzə gəlib və bu rəqibini də məğlub edib. Azərbaycan cüdoçusu mübarizəni 1/8 finalda dayandırıb. Milli üzvü bu mərhələdə Fransa təmsilçisi Maksim-Qel Naqayap Hambuya məğlub olub.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.