Fətiyev DÇ-də bürünc medal uğrunda görüşə çıxacaq
- 15:20
- 44
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.
Rekord.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda yaponiyalı Qoki Tayimaya uduzub.
O, turnirdəki sonuncu qarşılaşmasında serbiyalı Nemanya Majdovun müqavimətini qırmağa çalışacaq.