Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.


Rekord.az xəbər verir ki, milli üzvü 1/8 finalda estoniyalı Klen Kristofer Kalyulaydı məğlub edib.


M.Fətiyev növbəti mərhələdə Aleksa Mitroviçlə (Fransa) qarşılaşacaq.


Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.