Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Azərbaycan Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə 03-04 oktaybr 2026-cı il tarixlərində Sumqayıt Dövlət Universitetinin III tədris korpusunda “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş qılıncoynatma (sablya, şpaqa) idman növü üzrə 2010-2014-cü il təvəllüdlü oğlan və qızlar arasında açıq şəhər turniri keçirilib.

Rekord.az xəbər verir ki, məqsəd “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nün qeyd edilməsi, qılıncoynatma idman növünün şəhərdə təbliği və inkişaf etdirilməsi, güclü idmançıların aşkar edilməsi, onların yarış təcrübələrinin artırılmasıdır.

Qalib və mükafatçılar regional idarənin diplom və medalları ilə təltif olunublar.